"Hazırda tam "üzən məzənnə"yə keçidlə bağlı işlər aparılır" - Elman Rüstəmovdan manatla bağlı mühüm açıqlama

img

12-12-2016 [15:24]


"Hazırda tam "üzən məzənnə"yə keçidlə bağlı işlər aparılır və tezliklə öz proqramımızı ictimaiyyətə elan edəcəyik".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. 

E.Rüstəmovun sözlərinə görə, hansısa məmurun pulları yığıb saxlaması ilə bağlı yayılan fikirlər doğru deyil: "Tam "üzən məzənnə"yə keçid çox sıx makroiqtisadi və struktur problemlərinin həll edilməsini tələb edir. 

Biz artıq bu ilin əvvəlindən "üzən məzənnə"yə keçmişik. Fevraldan mərkəzi bank öz pulunu hərraca çıxarmır. Amma bazarda tələblə təklif arasında böyük disproporsiya var".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA