Vyana sazişi: Azərbaycan və bu ölkələr gündəlik neft hasilatını azaldacaq - SİYAHI

img

10-12-2016 [19:50]


Neft istehsal edən ölkələrin Vyana görüşündə Azərbaycan neft hasilatını gündəlik 35 min barrel azaltmağa razı olub.

Mia.az xəbər verir ki, OPEC üzvü olmayan neft istehsal edən ölkələr gündəlik hasilatı ümumən 612 min barrel azaltmaq barədə vahid rəyə gəlib. 

Beləliklə, Rusiya 300 min barrel, Meksika 100 min, Qazaxıstan 50 min, Oman 45 min, Azərbaycan və Malayziya 35 min, Bəhreyn və Ekvatorial Qvineya 12 min, Cənubi Sudan 8 min, Bruney 7 min, Sudan və Boliviyanın hər biri isə 4 min barel günədlik hasilatı azaldacaq.

Xatırladaq ki, Vyana görüşündə Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edir.

Bundan əvvəl OPEC üzvü olan ölkələr hasilatım azldılması barədə razılaşıb.
 
Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA