09-12-2016 [10:49]
Mərkəzi Bank "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nı təsdiq edib.
Yeni qaydalara əsasən, bank hesabı açılmadan Azərbaycan daxilində və ölkədən kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər.
Rezident və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hesabı açmadan xarici valyuta vəsaitlərini bir əməliyyat günü ərzində 1 000 ABŞ dolları, ay ərzində isə 10 000 dollar ekvivalentinədək məbləğdə köçürə bilər.
Məsələylə bağlı iqtisadçı ekspert Natiq Cəfərli musavat.com-a bildirib ki, hələlik bank hesabı olmadan pul köçürmələrə müəyyən limitləşmə gətirilir:
"Əslində bu, ciddi psixoloji təsiri ola biləcək çox səhv addımdır. Çünki iş adamları ümumiyyətlə, xarici investorlar üçün hər hansı bir seqmentdə valyuta əməliyyatlarına qoyulmuş məhdudiyyətlər çox pis bir mesaj kimi yozulur. Bu qaydanın tətbiq olunması ən azından gələcəkdə ölkədən valyuta çıxarılması üçün pul köçürmələrinin daha da sərtləşməsi anlamına gəlir. Bu da qorxuducu, ürküdücü addımlardır. İnvestorlar daxildə qazandığı pulun bir hissəsini valyutaya çevirib ölkədən çıxarmağı düşünür ki, bu da təbiidir. Belə bir məhdudlaşdırıcı addımların olması ilə ölkə həmin iş adamlarını itirə bilər. Bu, gələcəkdə hesabdan hesaba pul köçürmələr vasitəsi ilə də böyük qadağaların olması ehtimalını artırır. Bu da Azərbaycan iqtisadiyyatının indiki durumunda heç də yaxşı bir hal deyil. Çünki Azərbaycan hökuməti çalışır, azından bəyan edir ki, ölkəyə investisiyalar cəlb olunmalıdır. Xarici investorların işləməsi üçün kifayət qədər böyük şərait yaradılmalıdır. Bir anlıq təsəvvür edin ki, xarici iş adamları müəyyən vəsait qazanırlar. Tamamilə normal haldır ki, onu valyutaya çevirib qoyduqları yatırımları ölkədən çıxarmaq istəyəcəklər. Buna qoyulacaq məhdudiyyətlər, bununla bağlı hər hansı məhdudlaşdırıcı addımlar həmin iş adamlarının vəziyyətini çətinləşdirəcək və ümumiyyətlə, onları Azərbaycan bazarından qorxudacaq, ürküdəcək”.
Ekspert Əkrəm Həsənov isə bildirib ki, bu, xaricə pul köçürmələri üzrə ən vacib yenilikdir:
"Beş ildən sonra Mərkəzi Bank mənim iradımı qəbul etdi. Xırda yenilikləri kənara qoysaq, 3 əsas dəyişikliyi qeyd etmək lazımdır. Birincisi, bank hesabı açılmadan vətəndaşın xaricə köçürmələrinə aylıq 10000 dollar məbləğində limit qoyulub. Düzdür, reallıqda buna nəzarət etmək praktiki mümkün deyil, çünki vətəndaş bir neçə bank vasitəsilə də bu köçürmələri edə bilər və bu halda bankların limitə nəzarət imkanı olmayacaq. Köçürmə bank sirri olduğu üçün bir bankın digər bankdakı əməliyyat haqda məlumat alması mümkün deyil. 32 bankın hərəsi vasitəsilə 10000 dollar köçürmə edilsə, ayda 320000 dollar edir.
Bu halda vətəndaşın hər hansı məsuliyyətindən də söhbət gedə bilməz. Çünki Mərkəzi Bankın qaydaları yalnız banklar üçün məcburidir. İkincisi, analoji məhdudiyyət vətəndaşın bank hesabı vasitəsilə yaxın qohumlarına köçürmələrə də şamil ediləcək. İndiyədək yaxın qohumlara bank hesabı vasitəsilə köçürmələr məhdudiyyətsiz idi.
Lakin təbii yuxarıdakı halda olduğu kimi burada da məhdudiyyətdən yayınmaq çətin deyil: sadəcə fərqli banklar vasitəsilə köçürmə etmək olar, vəssalam.
Nəhayət, ən vacib yenilik vətəndaşın və hüquqi şəxsin xarici bankdakı hesabına depozit qoyulması məqsədilə məhdudiyyətsiz köçürmə etmə imkanının ləğv edilməsidir. Yəni indiyədək xaricdə hesabın var idisə, ora istənilən qədər pul köçürə bilərdin. Hələ 5 il əvvəl nəşr etdirdiyim ”Azərbaycanın bank hüququ" kitabımda yazırdım ki, sözügedən imkan valyuta əməliyyatları üzrə bu qaydaları mənasız edir. Çünki istənilən ölkədə hesab açıb ora istənilən qədər pul köçürə bilərəmsə, digər məhdudiyyətlər əhəmiyyətini itirir.
Nəhayət ki, Mərkəzi Bank mənim bu iradımı nəzərə alıb sözügedən imkanı qaydalardan çıxardıb. Düz də edib. Çünki bu, faktiki olaraq ölkədən valyutanın məhdudiyyətsiz çıxarılmasının leqal yolu idi. Cari vəziyyətdə isə valyuta rejimi sərtləşdirilməlidir. Ötən ildən başlayaraq dəfələrlə yazmışam ki, valyuta rejimi sərtləşdirilməlidir. Heyf ki, Mərkəzi Bank bunu ölkədən xeyli valyuta çıxarılandan sonra etdi".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi