Beynəlxalq Bankda nə baş verir? - Rəhbərlikdə dəyişiklik

img

08-12-2016 [20:10]


"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti rəhbərliyində dəyişiklik aparılıb.

Bankdan bildirilib ki, dekabrın 8-də "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib:

"Toplantıda Bankın Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub".

Məlumatda qeyd olunub ki, X.Əhədov bank sahəsində 1999-cu ildən çalışır: "O, "Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, "Unibank” ASC-nin icraçı direktoru olub. Son təyinata qədər "Azər-Türk Bank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini icra edib.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA