Qanunsuz tikinti sindiromu

img

22-05-2010 [02:28]


gn=left]2010/qanunsuz-tikili.jpg[/libt] [b]Qadir Ibrahimli[/b] Bu yaxınlarda Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə görə, kommunal xidmət haqlarını ödəməkdən yayınan abonentlər müxtəlif sanksiyalara, o cümlədən də cinayət məsuliyyətinə də cəlb edilirlər. Deməli, qanunsuz tikili sayılan evlərin sakinləri elektrik enerjisi haqqını ödəmədiyinə görə, cinayət məsuliyyətin cəlb edilə, gedib türmədə də yata bilər. Azərbaycan qanunvericiliyi buna tam imkan verir. Ancaq Azərbaycan qanunvericiliyi nədənsə həmin vətəndaşın mülkiyyət hüququnu tanımağa imkan vermir. Bu artıq absurdun son həddidir. Ancaq absurd bunula bitmir. Bu yaxınlarda kommunal xidmət sferasındakı problemlərlə bağlı keçirilən dəyirmi Masada ?Azəriqaz? ?in təmsilçisi də iştirak edirdi. ?Azəriqaz?-ın rəsmisindən sorusdum ki, göydələnlərə qaz niyə verilmir? Cavabı cox qısa oldu: ?Bizə yuxarıdan qəti tapşırıq gəlib ki, Dövlət Komissiyası tərəfindən qəbul edilməyən binalara qaz, işıq və su verilməsin?. Əlbəttə ki, cavab qanedici deyil. Komissiyasının qəbul etmədiyi binalara işıq və suyun verilməsi bu ?qəti tapşırığın? qətiliyini şübhə altına alır. Bu, mövzumuzun predmeti olmadığından başqa nüansa keçib. Bakıda tikilən göydələnlərin qanunu tkilməsi mübahisə predmeti deyil. Tikintiyə başlamaq üçün ən azı 7-8 dövlət qurumunun rasmi razlılığı tələb edilir. Rəsmi icazələr olmasa, hec bir tikinti şirkəti işə başlaya, bünövrə qaza bilməz. Çox maraqlıdır ki, belə ciddi və agır şərtlər daxilində tikilən binalara qaz və ya işıq verilməsi yubadılır, baxmayaraq ki, bu binalarda mənzil alanlar qanunu mənzil sahibləridir. Ancaq hakimiyyətin ciddi-cəhdlə qanunsuz tikili elan etdikləri evlərin sakinlərinə çox asanlıqla qaz, elektrik enerjisi verilir, onlarla rəsmi müqavilə imzalanır, Və bu müqavilələrə uyğun olaraq kommunal xidmət haqqını ödəməkddən yayındığına görə inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilir. Ancaq bu insanların yaşamaq və mülkiyyət hüququ tanınmır. Bu da absurdun sonu deyil. Bu yaxınlarda Nazirlər Kabinetinə qanunsuz tikililərin siyahısını təqdim edilib. Siyahıları bilirsiniz əsasən kimlər hazırlayıb? ?Azəriqaz? və ?Azərenerji?. Bu qurumların hər biri minlərlə tikilini qanunsuz elan edib. Ancaq bu qanunsuz tikili sahibləri ilə ?Azərenerji? və ?Azəriqaz?ın kommunal xidmətlərin göstərilməsinə dair rəsmi müqaviləsi var. Əgər bu tikililər qanunsuz sayılırsa, onda onlarla müqavilə imzalayan ?Azəriqaz? və ?Azərenerji? də məsuliyyətə cəlb edilməlidirlər ? bu dövlət müəssisələri işlərinə necə məsuliyyətsiz yanaşırlar ki, gedb qanunzuz tikili sahibləri ilə müqavilə imzalayırlar. Bütün bunlar göstərir ki, qanunsuz sayılan tikililərə yanaşma birmənalı deyil. Yaxşı olardı ki, hökumət bu tikil sahiblərinin yaşamaq və əmlak hüququnu tanısınlar, qalan hüquqlar isə artıq hökumətin iradəsindən kənarda tanınıb. Elə ?Azərnerji? və ?Azəriqaz? tikili sahibləri ilə müqavilə imzalamaqla bu əmlakın onlara məxsus olmasını faktiki tanıyıb. Qalıb rəsmi tanınma. Bu addımı da Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti atmalıdır. Reyster xidməti onlara mülkiyyət hüququnu təsdiqləyən sənəd verməklə bu uzucu müzakirlərə son qoya bilər. Nəhayət, bu tikililərə başlamazdan öncə lazımı qurumlardan rəsmi və ya qeyri-rəsmi icazələr alınıb. Əgər burada dələduzluq elementləri varsa da, bu artıq vətəndaşların yox, yazılı-şifahi razılıqları verən dövlət məmurlarının adına yazılmalıdır. Bununla həm də dövlət öz məmurların məsuliyyətsiz hərəkətlərini ört-basdır etməli olacaq. Əks halda isə həmin məmurlara qarşı cinayət işi açılmalı, vətəndaşlara dəyən ziyan ödənilməlidir. Normalda başqa yol yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA