Manatın 2018-ci ilədək məzənnəsi üzrə - Proqnoz

img

07-12-2016 [12:26]


"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnozlarını açıqlayıb.

Agentliyin analitikləri 2016-2018-ci illərdə manatın dollara nisbətən məzənnəsinin 1,55-1,7 səviyyəsində dəyişəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə dolların məzənnəsini 1,7369 səviyyəsində müəyyən edib ki, bu da ötən günlə müqayisədə dolların 0,17% möhkəmlənməsindən xəbər verir.

Ötən gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7339 məzənnəsi ilə başlayıb və 1,7369 məzənnəsi ilə yekunlaşıb.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA