2010-cu ildə ölkədə orta illik inflyasiya səviyyəsi 8,3 faiz olacaq

img

21-05-2010 [05:58]


İqtisadi Tədqiqatlar Mərkəzi 2010-cu il üçün Azərbaycanda inflyasiya proqnozlaşdırmasını həyata keçirib. Mərkəzin məlumatına görə, hesablamalar göstərir ki, 2010-cu ildə ölkədə orta illik inflyasiya səviyyəsi 8,3 faiz olacaq. Mərkəzin eskspertləri hesablamaları apararkən iqlim dəyişikliklərə üzündən meydana gələn amillərin inflyasiya proseslərinə təsirlərini də nəzərə alaraq orta illik inflyasiyanın minimum və maksimum hədlərini də müəyyənləşdiriblər. ?Güclü yağışlar, sel və daşqınlar nəticəsinsdə kənd təsərrüfatı məhsullarının istehsalında kəskin azalmalar baş verərsə, bu, ölkədə qiymətlərin daha sürətlə artmasına və sonda 10,05 faizlik inflyasiyaya səbəb ola bilər. Təbii fəlakətin nəticələri, həmçinin digər amillərin təsirləri böyük olmasa, orta illik inflyasiya 7,1 faiz təşkil edər?-deyə İqtisadi Tədqiqatlar Mərkəzinin hesablamalarında qeyd olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA