Vüqar Bayramov: "2010-cu ilin büdcəsinə dəyizikliklər edilməlidir"

img

21-05-2010 [03:18]


Azərbaycan hökuməti 2010-cu ilin büdcəsinə dəyişikliklərə hazırlaşır. Maliyyə naziri Samir Şərifov parlamentin iqtisadi siyasət komitəsinin iclasında bildirib ki, ölkə rəhbərliyi bununla bağlı tapşırıq verib və artıq müzakirələrə başlanıb. 2010-cu ilin büdcəsi hazırlanarkən hökumətin konservativ siyasətə əsaslandığını xatırladan maliyyə nazirinin sözlərinə görə, ehtiyatlılıq özünü doğruldub və ilin əvvəlindən büdcədə profisit yaranıb. Samir Şərifov büdcə gəlirləri və xərclərinin nə qədər artırılacağını açıqlamasa da, sənədə dəyişikliklərin iyunda ediləcəyini bəyan edib. Qeyd edək ki, cari ilin 1-ci rübündə büdcədə 467 milyon manatlıq profisit yaranıb.Onu da xatırladaq ki, maliyyə naziri və eləcə də Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bundan əvvəlki açıqlamalarında 2010-cu ilın dövlət büdcəsinə dəyişiklik edilməyəcəyini və buna ehtiyac olmadığını bildiriblər. Nəzərə çatdıraq ki, dəyişikliklər büdcənin əsas göstəricilərdən biri olan neftin baza qiymətinin 45 dollar/barel səviyyəsində götürülməsi səbəbindən zəruri hesab edilir. Çünki, neftin büdcə qiyməti təkcə cari ilin əvvəlindəki ortalama qiymətdən təxminən 1,6 dəfə az olub. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, hələ 2010-cu ilin dövlət büdcəsi təsdiq edilən zaman cari ilin ortalarında maliyyə sənədinə əlavə və dəyişikliklərin ediləcəyi ilə bağlı İSİM tərəfindən proqnoz verilmişdi: ?Lakin istər maliyyə naziri, istərsə də parlamentin deputatları əlavə dərişikliklərə ehtiyac olmadığını bildirirdilər. Bununla belə İqtisadi və Sosial İnkişaf Mərkəzi büdcəyə dəyişikliklərin edilməsi zəruriliyi ilə bağlı açıqlama yaydı. Həmçinin dəyişikliklərin hansı istiqamətləri əhatə etməsi ilə bağlı təkliflər paketini ictimaiyyətə və hökümətə təqdim etdi?. Ekspertin sözlərinə görə büdcəyə dəyişikliklər olumaması iqtisadiyyatda neqativ təsirlərə gətirib çıxara bilərdi: ?Neftin büdcədə qiymətinin aşagı ğötürülməsinin ən ciddi neqativ tərəfi neft sektorundan büdcəyə daxil olan vergilərin əvvəlcədən proqnozlaşdırmağa imkan verməməsidir. Bu yalnız neft sektorundan daxil olan vəsaitləri deyil, eyni zamanda verginin proqnozlaşdırılmasına imkan vermir. Neftin büdcədə qiymətinin aşağı götürülməsi hökümətə və parlamentə imkan vermədi ki, 2010-cu ildə büdcəyə daxil olan vergiləri öncədən doğru proqnozlaşdırsın. O baxımdan dövlət büdcəsinə yenidən baxılması əlavə və dəyişikliklərin edilməsi qaçılmaz idi. Son rəsmi açıqlamadan bəlli olur ki, büdcəyə dəyişiklik edilməsi ideyası ölkə prezidentindən gəlir.Və gələn ay büdcəyə əlavə və dəyişikliklərin ediləcəyi gözlənilir?. Prezidentin təşəbbüsünün təqdirəlayiq olduğunu deyən V.Bayramov bildirir ki, dəyişikliklərin əhəmiyyəti president səviyyəsində daha düzgün başa düşülür nəinki hökümət nümayəndələri tərəfindən: ?Dövlət başçısının dəyişikliklərlə bağlı göstəriş verməsi həm də onu özündə ehtiva edir ki, prezident nazirlərdən daha çox ekspertlərə inanır?. Yeri gəlmişkən, İSİM rəhbəri dəyişikliklərin bir sıra sektorlarda canlanmanın yaranmasına gətirib çıxaracağı fikrindədir: ?İyul ayında büdcəyə dəyişikliklər olunması investisiya layihələrinə ayrılan vəsaitlərin artmasına səbəb olacaq. Bu da pul dövriyyəsinə daha çox vəsaitin daxil olmasına, bir sıra sahələrdə, o cümlədən tikinti və bank sektorunda durğunluğun yumuşalmasına gətirib çıxaracaq?. Ekspertin qənaətinə görə, əlavə və dəyişikliklər etməklə 2010-cu ilin büdcəsinin neft sektorundan asılılığını aradan qaldırmaq da mümkündür: ?Eyni zamanda sosial sferaya daha çox vəsaitin ayrılması üçün maliyyə bazası yarada bilər.Çünki, qlobal maliyyə böhranı ilə əlaqədar 2005-2008-ci llərdə sosial sferaya ayırmalarda müşahidə edilən artımı 2009-cu ildə tam olaraq saxlamaq mümkün olmayıb.Büdcəyə əlavə və dəyişikliklərin edilməsi hökümətə sosial sferaya ayırdığı vəsaitlərin həcmini artırmağa imkan verəcək?. V.Bayramov dövlət büdcəsinin gəlirlərinə təxminən 2,5 milyard manat əlavə olunacağının güman edildiyini vurğulayır:?Çünkü neftin dünya bazar qiymətinin proqnozlaşdırılandan çöx olması büdcəyə təxminən 2,5 milyard manatın daxil olmasına imkan yaradır?. Mütəxəsiss hesab edir ki, dəyişikliklər zamanı Neft Fondundan büdcəyə transfertlərin həcmi 4,9 milyard manatdan 2,4 milyard manata endirilməlidır: ?Praktiki bununla həm dövlət büdcəsinin Neft Fondundan asılılığını aradan qaldırmaq mümkün olar, həm də hökümət lüzumsuz investisiya layihələrinə əlavə vəsait ayırmaz.Nəzərə almaq lazımdır ki, qlobal maliyyə böhranı investisiya proqramlarına vəsait ayırılan zaman ciddi maliyyə araşdırmalarının və maliyyə təhlillərinin aparılmasını tələb edir. O baxımdan arzuolunan deyil ki, büdcəyə əlavə və dəyişikliklər olunan zaman Neft Fondundan büdcəyə transfertlətin həcmi stabil saxlanılsın. Əgər əlavə və dəyişikliklərdən sonra fonddan büdcəyə transfertlərin həcmi 4,9 milyard manat səviyyəsində saxlanılsa, o zaman büdcəyə olunan dəyişikliklər 2010-cu ilin ikinci yarısında ölkədə qiymətlərin qalxmasına gətirib çıxaracaq?. İSİM rəhbəri bildirir ki, dövriyyədə pul kütləsinin artması nəticə etibari ilə qiymətlərin qalxması və 2010-cu ilin 2-ci yarımilində Azərbaycanda kifayət qədər ciddi inflyasiyanın yaranmasına səbəb ola bilər: ?Həm inflyasiyadan qaçmaq, həm vəsaitlərin xərclənməsinin səmərəliliyini saxlamaq, həm də dövlət büdcəsinin Neft Fondundan asılılığını aradan qaldırmaq üçün fondan transfertlərin həcminin 2,5 milyard manat azadılması daha məqsədə uyğundur?. Büdcəyə əlavələr zamanı əməkhaqqı və pensiyaların bu il üçün nəzərdə tutulan məbləğində hər hansı dəyişikliyin gözlənilməsinə gəlincə, V.Bayramovun sözlərinə görə, bu istiqamətdə artımlar adətən ilin 2-ci yarısında reallaşdırılır. 2010-cu ildə ciddi əməkhaqqı və pensiya artımı gözlənilmir. Çünki, hələlik büdcədə qənaət prinsipi tətbiq olunur. Bunula belə ekspert artımların olacağını güman edir: ?Əgər büdcəyə dəyişiklilklər olunarsa, Neft Fondundan transfertlər stabil saxlanılarsa, o zaman əməkhaqqı və pensiyalarda artımlar olacaq. Həmin artımlar 2010-cu ilin sentyabr, oktyabr aylarına təsadüf edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA