Tikinti bazarında aktivlik artıb

img

21-05-2010 [01:17]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi tikinti bazarını monitorinqini aparıb. Aprel ayında tikinti materialları bazarında aparılan araşdırmalar zamanı müşahidə edilib ki, tikinti materialları bazarında taxta, sement, filiz olmayan materiallar (qum, şeben, çınqıl), elektrik-su nasosları və təhlükəsizlik sistemlərinin alqı-satqısı ilə məşğul olan şirkətlərin fəaliyyətində aktivlik artıb. Əsas səbəb kimi respublikanın aran və digər rayonlarında baş verən təbii fəlakətləri və bununla bağlı olaraq yardım-təchizat məqsədilə tikinti materialları bazarının müvafiq məhsullara artan tələbatla bağlı olub. Bu hadisələrin sonrakı mərhələrləri, eyni zamanda fərdi ev tikintisi sektorunda inşaat işlərinin davam etməsi bu seqment üzrə aktivliyin artacağına proqnozlaşdırmağa imkan verir. Qiymətlərə gəldikdə, aprel ayında əvvəlki aylarda olduğu kimi, tikinti materialları bazarının əsas çəkisini təşkil edən 38 adda, 89 növdə inşaat materialarının qiyməti araşdırılıb. Monitorinq üzrə yerli bazarda istehsal olunan məhsulların ümumi bazardakı həcmi 53,9% təşkil edib. Yerli istehsalın əsas hissəsini təşkil edən ?Qaradağ Sement? ASC, ?Mətanət ? A? ?Akkord İnşaat və Sənaye? ASC, ?Gilan Holdinq? və s. şirkətlərin məhsulları üzrə qiymət artımı müşahidə edilməsə də, idxal olunan materiallarda, xüsusilə dəmir məmulatlarındakı artım davam etmişdir. Ay ərzində İrandan idxal olunan şüşə materialı Rusiya idxalı ilə əvəz edilmişdir. Ümumiyyətlə ƏBİ İB tərəfindən aparılan araşdırmalar göstərmişdir ki, son bir ildə inşaat sahəsində əsas çəkiyə malik İran məhsullarının idxalı statistik göstəricilərə əsasən 0,5 faizə düşmüşdür. Dəmir məmulatlarının qiymətlərində baş verən müntəzəm artımı bir çox idxalçılar Rusiya və Ukrayna zavodlarında xammal qıtlığı (hətta bəzi zavodların fəaliyyətinin dayandığı bildirilir) ilə əlaqələndirsələr də, bəziləri avro kursunun düşməsini və gömrük rüsumlarının artdığını əsas gətirirlər. Yerli dəmir məmulatları istehsalçıları isə qiymətlərin dünya bazarında neft tariflərinin bahalaşması ilə əlaqəli olduğunu bildirirlər. Beləliklə aprel ayı ərzində araşdırılan 38 adda məhsuldan 12-si üzrə qiymət artımı baş verib ki, bu materialların siyahısı da aşağıdakı cədvəldə verilibdir: Çınqıl (Quba) +16,67 Sink təbəqə (Qazaxıstan, Ukr.) +1,08 Taxta (Rusiya) +1,52 Katinka (Bakı) +6,06 Armatur (Bakı) +1,01 Dam örtüyü (Koreya, Fin) +1,89 Şveller (Rusiya) +12,62 Mismar (Bakı) +12,82 Boru (Rusiya) +6,47 Peneplast (Bakı) +7,69 Dəmir təbəqə (Ukrayna) +6,90 Bitum (Bakı) +25,00 Künyə +1,47 Tikinti materialları siyahısında cəmi 3 məhsul üzrə qiymət azalması müşahidə edilib. Dikt (Rusiya) - 0,74 Şüşə-pambıq -13,04 DVP (Rusiya) - 4,00 Digər tikinti materilları üzrə qiymətlər stabil qalmışdır. Tikinti materialları bazarında aprel ay üçün cüzi də olsa, davam edən qiymət artımı ötən aya nisbətlə 1,6 % təşkil etmişdir. Bu rəqəm ötən rüblə müqayisə 20,1%, 2009-cu ilin müvafiq dövrü ilə maqayisədə isə 57,4% təşkil edir. Yerli istehsal məhsullarının ümumi qiymət portfelindəki payı aşağıdakı diqaramdan da göründüyü kimi, ötən ayla müqayisədə idxal mallarını 3,67 dəfə üstələmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA