Sosial evlər ancaq bu ailələrə veriləcək - Diqqətli olun!

img

02-12-2016 [17:27]


Güzəştlə mənzil əldə etmək hüququna malik olanlar sırasına müəyyən edilmiş kateqoriyalar üzrə gənc ailənin üzvü olan şəxslər də daxildir.

Ölkə.Az xəbər verir ki, bu barədə məlumat Mənzil İnşaatı Dövlət Agentliyinin ( MİDA) mətbuat xidmətindən verilib.

"Gənclər siyasəti haqqında” qanuna əsasən, gənc ailə dedikdə yaşı 16-dan 35-dək olan gənclərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn nəzərdə tutulur.

Yəni bu kateqoriyaya daxil olan gənc ailələr güzəştli sosial ev almaq hüququna malik olacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA