Otellər də qiymətlərə yenidən baxacaq - Bahalaşma anonsu

img

01-12-2016 [20:24]


Tarif Şurası enerji tariflərinin qiymətlərini qaldırdıqdan sonra müxtəlif sahələrdə bahalaşma müşahidə olundu. Bəzi xidmət sahələrində qiymət artımı artıq baş verib, bəzilərində isə bahalaşmanın olacağı istisna deyil. Qazın və işığın tariflərinin bahalaşması otel və restoranlarda da qiymətlərin artacağından xəbər verir.

Mia.az xəbər verir ki, Fins.az-ın suallarını cavablandıran AzTA nümayəndəsi Müzəffər Ağakərimov bahalaşmanın olacağını bildirib. M. Ağakərimov xüsusən də restoran xidmətlərində bahalaşma olacağını qeyd edib. Çünki əksər restoranlarda qaz sobalarından çox elektrik enerjisi ilə çalışan avadanlıqlardan istifadə olunur. Həmçinin sobalardan tutmuş kondisionerlərə qədər bütün elektrik cihazları üzrə qoyulmuş həddi keçdiyinə görə restoranların xərci çoxalacaq.

Otellərin qiymət artırmasına gəlincə isə, AzTA nümayəndəsi artıq otellərin Yeni İl bayramı ilə əlaqədər olaraq nömrələri satdığını və bu səbəbdən də artıq qiymətlərdə dəyişiklik edə bilməyəcəklərini deyib. O, otellərin, qiymət siyasətinə Yeni ildən sonrakı aylarda baxacaqlarını bildirib. Lakin ekspert bəzi otellərin qiymət siyasətinə indidən dəyişiklik etməsini də istisna etmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA