"Neftin qiyməti 10 dollaradək ucuzlaşa bilər" - Proqnoz

img

29-11-2016 [21:38]


Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sabah Vyanadakı iclasında kartelə üzv ölkələr hasilatın azaldılması barədə razılıq əldə etməsələr, neftin qiyməti 10 dollara qədər ucuzlaşa bilər.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, dünyanın ən böyük neft treyder şirkəti olan "Gunvor Group”un idarə heyətinin sədri Torbjörn Törnqvist bu qənaətdədir.

"OPEC-ə üzv ölkələr razılığa gələ bilməsələr, neftin qiyməti 10 dollaradək ucuzlaşa bilər. Əgər hər hansı razılıq əldə olunsa isə "qara qızıl”ın qiymətinin 50 dolları keçəcəyi ehtimal olunur. Hesab edirəm ki, OPEC razılığa gələcək”, - deyə T.Törnqvist əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA