Dollarla kredit alanlar milli valyuta ilə borcu qaytaracaq – Gürcüstanda

img

29-11-2016 [17:40]


Gürcüstan hökuməti Milli Bankla birgə lariləşmə planı hazırlayıb.

APA-nın "Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bəyan edib.

O bildirib ki, 2015-ci ilin yanvarınadək dollarla kredit götürən vətəndaşlar kreditlərini lariyə çevirə biləcəklər.

Baş nazir həmçinin qeyd edib ki, vaxtından öncə kredit borclarını ödəyənlər faizlərdən azad olunacaqlar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA