Fəlakət zonası rayonları üzrə əmək pensiyalarının maliyyələzdirilməsi baza çatıb

img

20-05-2010 [12:57]


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) Kür və Araz çaylarının daşmasından zərər çəkmiş rayonlar üzrə (Sabirabad, Şirvan, Zərdab, İmişli, Neftçala, Saatlı, Salyan, Kürdəmir, Hacıqabul) əmək pensiyalarının maliyyələşdirilməsini tam başa çatdırıb. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan MİA-ya verilən məlumata görə, DSMF tərəfindən baş vermiş təbii fəlakət nəticəsində yaşayış yerini itirmiş ailələrə pensiyaların çatdırılması xüsusi nəzarətə götürülüb. Belə ki, DSMF-nin qeyd olunan rayonlar üzrə şöbələri bu istiqamətdə müvafiq işləri həyata keçirmək və prosesi sürətləndirmək üçün tədbirlərin icrasına başlayıblar. Öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülmüş insanlara əmək pensiyalarının təcili çatdırılması üçün pos-terminallar və digər vasitələrdən istifadə olunur. Eləcə də pensiyaçılarla daimi təmasda olmaq, onlara mənəvi-psixolojı yardım etmək, müraciətlərini operativ həll etmək məqsədilə yerlərdə xüsusi işçi qruplar təşkil olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA