Azərbaycanın maliyyə bazarını daha iki çətin il gözləyir - Proqnoz

img

28-11-2016 [19:40]


2008-2009-cu il qlobal maliyyə böhranı zamanı Azərbaycan bank sektorunun kredit portfelində problemli kreditlərin xüsusi çəkisi dəyişməyərək 2,2% təşkil edib. Sonrakı illərdə qlobal maliyyə bazarlarında sabitləşmə müşahidə olunmasına baxmayaraq, problemli kreditlərin həcmind artım göstərib.

Həmçinin, 2014-2015-ci illərdə qlobal neft bazarında qiymətlərinin kəskin azalması fonunda neft hasilatçısı olan ölkələrdə maliyyə problemlərinin yaranmasına baxmayaraq, Azərbaycanın bank sektorunda problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi yavaşlayaraq eyni qalıb və 5,3% təşkil edib. Lakin sonrakı il -2016-cı il yanvarın 1-i və 2016-cı il oktyabrın 1-nə olan göstəricilər kəskin artaraq müvafiq olaraq 7,2% və 10,3%-ə yüksəlib.

Qeyd edək ki, bank sektoru üzrəkredit portfelinin həcm göstəricisindəehtiyat ayırmaları yer almayıb.

Analitiklər bildiriblər ki, Azərbaycanın maliyyə bazarı qlobal bazarlarda baş verən proseslərə gec reaksiya verir. Həmçinin, bərpa dövrü də daha gec, yəni ən azı 2 ildən sonra baş verir. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycanın maliyyə bazarını daha iki çətin il gözləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA