Banklara təyin olunan müvəqqəti inzibatçıya xüsusi səlahiyyətlər verilə bilər - Qanun

img

28-11-2016 [12:48]


"Banklar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsində müvəqqəti inzibatçıya xüsusi səlahiyyətlərin verilməsi nəzərdə tutulub.

Bankın kapitalının artırılması üçün müvəqqəti inzibatçı tərəfindən bir sıra tədbirlər nəzərdə tutulub.
Tədbirlərə əsasən, müvəqqəti inzibatçı kapitalının artırılması məqsədilə bankda mühüm iştirak payına malik səhmdarlarının və aidiyyati şəxslərinin bankda saxlanılan əmanətlərini 1-ci dərəcəli kapitala keçirəcək (bankın bu Qanunla tələb olunan çatışmayan kapitalı həcmində).

Bundan başqa, qanun layihəsində müvəqqəti inzibatçı tərəfindən bankın mühüm iştirak payına sahib səhmdarlarının banka verdiyi subordinasiya borc öhdəliklərini ikinci dərəcəli kapitaldan 1-ci dərəcəli kapitala keçirilməsi nəzərdə tutulur.

Həmçinin qanun layihəsi ilə müvəqqəti inzibatçıya bankın səhmdarı olduğu törəmə şirkətlər, mülkiyyətində olduğu daşınmaz əmlakı, digər aktivləri sata, girov qoya bilər.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA