MM-də ?Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında? qanun layihəsi müzakirə olunacaq

img

19-05-2010 [03:22]


Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin mayın 19-da keçirilmiş iclasında ?Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında? qanun layihəsi müzakirə olunub. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, 36 maddə və 7 fəsildən ibarət qanun layihəsində fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları, əməkdaşların sosial müdafiə məsələləri, işə qəbul və xidmətə xitam vermə qaydaları, rütbələr, dərəcələr və s. əksini tapıb: "Fövqəladə Hallar Nazirliyi (FHN) çox qısa bir müddətdə həm maddi-texniki, həm də elmi baza ilə təmin edilmiş olsa da, indiyədək qurumda xidmətkeçmə haqqında qanun yox idi. Hazırda biz bu məsələni müzakirə edə bilərik ki, FHN-in hüquqi mənada tam, yüksək səviyyədə fəaliyyəti üçün artıq normativ baza yaradılmış olsun". Çıxış edən deputatlar rəy və təkliflərini söyləmiş, mükəmməl qanun layihəsinin hazırlandığını diqqətə çatdırıblar. Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA