Bakıda 16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi bazlayıb

img

19-05-2010 [03:07]


Bu gün Bakıda 16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi öz işinə başlayıb. Sərgidə dünyanın 18 ölkəsindən 85 şirkət iştirak edir. Sərginin təşkilatçısı "İteca Caspian LTD" şirkətidir. Verilən məlumata görə, ötən illə müqayisədə sərgiyə qatılan şirkətlərin sayı təqribən 20 faiz artıb. Sərginin ümumi iştirakçılarının 60 faizini yerli şirkətlər təşkil edir. "WorldFood Azerbaijan 2010" sərgisi bir neçə tematik ekspozisiyalara bölünüb. Sərgidə ət və quş məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, dondurma, un məmulatları, meyvə və tərəvəzlər, uşaq və pəhriz yeməkləri, tütün məmulatları, bal və digər ənənəvi bölmələr təqdim olunur. Sərgidə həmçinin, Bərdə, Daşkəsən, Qəbələ, Salyan, eləcə də Azərbaycanın digər bölgələrində istehsal olunan qida məhsullarının çeşidləri təqdim olunacaq. İlk dəfə olaraq, bu il Naxçıvan Muxtar Respublikası öz pavlyonunda bölgənin 20 qida sənayesi istehsalçısının məhsullarını nümayiş etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA