Hesablama Palatası: Dövlət büdcəsinin gəlirlərindəki azalma davam edəcək

img

26-11-2016 [11:16]


Dövlət büdcəsinin gəlirləri 2018-2020-ci illərdə müvafiq olaraq 15 696,7 mln. manat, 15 252,8 mln. manat və 14 737,9 mln. manat olmaqla azalma ilə nəzərdə tutulub.

Bu barədə "Report" Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyinə istinadən xəbər verir. 

Qeyd edək ki, 2018-2020-ci illərdə dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin müvafiq olaraq 24,6%, 22,5% və 20,9% səviyyəsində azalması nəzərdə tutulur. Bu da həmin illər üzrə büdcə gəlirlərinin azalma, ÜDM-in isə artımla proqnozlaşdırılması hesabınadır.

2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955,0 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi proqnozlaşdırılır.

Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16 600,0 mln. manat məbləğində olmaqla 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 184,5 mln. manat və ya 6,7%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 1 895,0 mln. manat və ya 10,2%, gözlənilən icra göstəricisi ilə isə 412,8 mln. manat və ya 2,4% az nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA