Kəmaləddin Heydərov məmurlara konkret tapşırıq verdi - 205 nəfərlə bağlı

img

25-11-2016 [15:27]


Bu gün Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Bərdə, Tərtər rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
 
Nazir tərəfindən qəbul edilən 16 vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
 
Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş 205 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA