Dollar “Qara bazar”da “od tutub yanır" - 2 manata yaxınlaşır

img

24-11-2016 [14:55]


Bu gün də "Qara bazar”da dolların alış və satış qiymətləri qalxmaqda davam edib.

 Bu gün "qara bazar”da dolların qiyməti 1.85-1.90 manat arasında dəyişir.

Banklarda Dolların satış qiyməti maksimum 1.7830 manatdır. Banklar isə dollar satmırlar.

Xəbər verdiyimiz kimi, 24 noyabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilmişdir.

Mərkəzi Bankdan daxil olmuş məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7146 məzənnəsi ilə başlamış və 1,7196 məzənnəsi ilə yekunlaşmışdır. (Marja)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA