Dollar 1.92-yə qalxdi - «Qara bazar»dakı qiymətlər

img

22-11-2016 [14:10]


Xəbər verdiyimiz kimi, bu gün daha 2 bank valyuta satışını dayandırıb. Bununla da ABŞ valyutasını satmayan bankların sayı 20-ə çatıb.

Bankların dollar satışını azaltması "qara bazar”ı bir qədər də canlandırıb. Fins.az-ın əldə etdiyi məlumata görə, bu saatlara qədər "qara bazar”da 1 dollar 1,77 manata alınır, 1,7850 manata satılır.

Doğrudur, banklarda rəsmi məzənnə bundan aşağı, yəni 1,7770 manat olsa da, onların əksəriyyəti valyuta satışını dayandirdığına görə, dollar axtaranlar - vətəndaşlar, xüsusilə, iş adamları «qara bazar»a üz tutur.

«Qara bazar»da avro da bahalaşıb. 1 Avropa valyutası 1,91-1,92 manata satılır. Alışı isə 1,88 manatdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA