22-11-2016 [12:10]
2015-ci ildə manatın devalvasiyası ilə başlanan milli valyutanın ucuzlaşması prosesi 2016-ci ildə də davam edib.
Ötən il dollar qarşısında iki dəfə devalvasiyaya məruz qalmış milli valyutanın bu ilin sonuna doğru yenidən ucuzlaşacağı gözlənilir. Belə ki, dekabr bayram ayı olduğu üçün həm ölkədən tətilə getmək istəyənlərin sayında artım müşahidə olunacaq, eyni zamanda ölkəyə gətirilən mal və məhsulların sayı artacaq. Bu da dollara təlabat yaradan əsas amillərdən biri olduğuna görə, manata da öz təsirini göstərəcək. Qafqazinfo dekabrda manatın taleyinin necə dəyişəcəyi ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin mövqeyini öyrənib. Ekspert bildirib ki, bu gün də keçiriləcək növbəti dollar hərracının nəticələri açıqlanacaq: "Hamımız bunu maraqla gözləyirik. Amma gedişat onu göstərir ki, Azərbaycan manatına təsir göstərə biləcək kifayət qədər faktorlar var. Bunlar həm daxili, həm də xarici faktorlardır.
Xarici faktorlardan ən əsası dolların dünyada bahalaşmasıdır. Belə ki, dolların indeksi artıq dünyada 101 faizə yaxınlaşıb. Bu son illərin rekord göstəricisidir.
Bundan əlavə, Federal Rezerv Sisteminin dekabrın 14-də toplantısı olacaq. Faizlərin 0,25 faiz artırılması demək olar ki, həll olunmuş məsələdir, bunun sadəcə elan olunması qalıb. Toplantıdan sonra dünyada dolların bahalaşmasının sürəti arta bilər”.

Bundan başqa, Donald Trampın prezident seçilməsi də buna müəyyən qədər psixoloji təsir göstərir. Düzdür, Amerika sistemində prezidentlərin Federal Rezerv Sisteminə təsir mexanizmləri yox səviyyəsindədir. Ancaq Tramp öz seçkiqabağı təbliğat kampaniyasında FED-i faiz artımının gecikdirilməsini ciddi tənqid edirdi. Son açıqlanan rəqəm isə odur ki, 97 faiz bazar iştirakçıları faiz artımını gözləyir. FED başqanın son çıxışında da buna ciddi şəkildə işarələr oldu”.
Daxili problemlərin isə ənənəvi və xroniki olduğunu vurğulayan N. Cəfərli əlavə edib ki, bu əsasən ölkədə dollar çatışmazlığı ilə əlaqədardır: "Ölkənin gəlirləri kifayət qədər sürətlə azalıb. Bundan əlavə, hər ilin sonunda dollara təlabat da artır. Bizim idxaldan kifayət qədər asılı olan bazarımız var. Belə ki, bayram ərəfəsində idxal olunmuş malların həcmi artır. Bu ənənəvidir. İdxal artdıqca da valyutaya təlabat artır.

İkinci daxili səbəb isə, Yeni illə əlaqədar vətəndaşların xaricə səfərlərinin sayının artmasıdır. Səfərlər artdıqca bu da valyutaya təlabatı artıran amillərdən birinə çevrilir. Bütün bu xarici və daxili amilləri nəzərə alsaq, manat üçün kifayət qədər təhlükəli bir aya qədəm qoyuruq.
Mərkəzi Bank və hökumət də manatla bağlı kəskin addımlar atmaq istəmir. Çünki iki kəskin devalvasiya ümumiyyətlə həm bank sektorunu, həm də iqtisadiyyatı çox ağır duruma salıb. Ancaq həftəlik və ya günlük məzənnənin tənzimlənməsi yolu ilə manatın ucuzlaşdırılmasını ilin sonuna qədər Mərkəzi Bank həyata keçirəcək.
Dekabrın sonunda ən yaxşı halda 1 dollar 1,80 manat, əgər xarici təsirlər daha güclü olsa və ticarət partnyoru olan ölkələrdə milli valyutaların ucuzlaşması daha da sürətlənsə təqribən 1 dollar 1.90 manat səviyyəsində ucuzlaşa bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi