Azərbaycanda idxal məhsulları bahalaşıb

img

21-11-2016 [11:41]


Bu ilin sentyabr ayında Azərbaycana idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 1,3% artıb.

Dövlət Statistika Komitəsinin açıqladığı qiymət indekslərində gözstərilir ki, MDB ölkələrindən idxal olunan məhsullarda 0,2% ucuzlaşma, digər ölkələrdən idxal olunan məhsullarda isə 1,8% bahalaşma qeydə alınıb.

Sentyabr ayında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2,2%, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri 3,2%, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri 2,0% bahalaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA