Gələn il orta aylıq əmək haqqı 508 manat olacaq - Nazirlik açıqladı

img

17-11-2016 [20:43]


Azərbaycanda gələn il orta aylıq əmək haqqının 2016-cı ilə illə müqayisədə real ifadədə 0,1% artaraq 508,4 manat olacağı proqnozlaşdırılır.

Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bildirilir.

İqtisadiyyat Nazirliyi 2017-ci ildə inflyasiyanın 7,3%, növbəti 3 ildə isə azalaraq 2020-ci ildə 3,5% olacağı gözlənilir. Gələn il ölkədə ÜDM-in həcmi real iqtisadi artımı 1,0% olmaqla 61,4 mlrd. manat təşkil edəcək. Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5% artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,7% həcmində nəzərdə tutulur. 2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə real artım tempinin 2,4% olacağı proqnozlaşdırılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA