"Yaxın perspektivdə artım baş verə bilər" - FED rəhbərindən xəbərdarlıq

img

17-11-2016 [18:00]


"Hazırda mövcud olan uçot dərəcəsi müəyyən risklər yarada bilər, bu səbəbdən yaxın perspektivdə artım baş verə bilər". 

Bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellen Senatda çıxışı zamanı deyib.

C. Yellen qeyd edib ki, bir sıra indikatorlar, o cümlədən məşğulluğun və inflyasiyanın səviyyəsi hədəflənən səviyyəyə çatmaqdadır. "Uçot dərəcəsinin artımına səbəb olacaq amillər artıq xeyli güclənib. Bunun nəticəsində ABŞ-da iqtisadi artım tempi və inflyasiya 2% səviyyəsinə yaxınlaşır. Məşğulluğun səviyyəsi ilə bağlı qarşımıza qoyulan hədəflərə də çatmaqdayıq. Hazırkı uçot dərəcəsi istehsalı təşviq edir. Lakin istehsal bir qədər də böyüyə bilər. Bəzi xırda risklər uçot dərəcəsinin asta templərlə artırılmasını zəruri edir", - deyə C. Yellen bildirib.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA