Dollardan şok artım - Məzənnə 1.71-i ötdü

img

17-11-2016 [12:11]


Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 18-nə olan rəsmi məzənnəsini 1,7113 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir. 

Mia.az xəbər verir ki, "report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi məhz bu səviyyədə olub.

Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz 2-ci seansı yekunları əsasında müəyyənləşdiriləcəyi ehtimal edilir. Bu isə məzənnənin 0,52% artması deməkdir.
Növbəti iş gününə (noyabrın 18-nə) rəsmi məzənnə 1,7113 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə bu gün (1,7024 AZN/USD) qeydə alınıb.
Qeyd edək ki, hərracda 35 mln. ABŞ dolları həcmində valyuta kütləsi satışa çıxarılıb və vəsaitin hamısı satılıb.
"Report"un analitik qrupu isə noyabrın 18-nə olan AMB-nin rəsmi məzənnəsinin 1,7120 AZN/USD səviyyəsini keçəcəyini istisna etmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA