17-11-2016 [10:29]
Azərbaycanın "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin xərclər hissəsinə dəyişiklik edilib.
Yenilənmiş layihədə müdafiə xərcləri 63,6% və yaxud1,027 mlrd. manatartırılaraq 1,615 mlrd. manatdan2,642 mlrd. manata çatdırılıb.
Bu vəsaitin 1 269,9 mln. manatı müdafiə qüvvələri, 111,9 mln. manatı milli təhlükəsizlik, 2,6 mln. manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1 257,6 mln. manatı isə digər kateqoriyalara aid edilməyən sahələrin payına düşüb.
"Müharibə şəraitində yaşayan dövlətimizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi xərclərinə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 16,7%-i həcmində və ya 2,8 mlrd. manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 77,0 mln. manat və ya 2,9% çoxdur", - deyə layihənin təqdimatındaqeyd olunub.
Bundan başqa. gələn ilin büdcəsində sənaye və tikinti xərcləri xərcləri də 639 mln. manat və yaxud 34% artırılaraq sənaye, tikinti və faydalı qazıntılar üzrə xərclər olmaqla 2,521 mlrd. manata çatdırılıb.
Bu artımlartəhsil, elm, səhiyyə, mədəniyyə, kənd təsərrüfatı və digər sahələrdəki azalmalar hesabına baş verib.
İlkin variantla müqayisədə ümumi dövlət xidmətləri xərci 152,8 mln. manat və ya 5,1% azalaraq 2,845 mlrd. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 19,9 mln. manat və ya 1,6% azalaraq 1,214 mlrd. manat, təhsil xərcləri 126,1 mln. manat və ya 6,8% azalaraq 1,733 mlrd. manat, səhiyyə xərcləri 30,4 mln. manat və ya 3,9% azalaraq 745,4 mln. manat, sosial müdafiə xərcləri 64,6 mln. manat və ya 3,1% azalaraq 2,053 mlrd. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət üzrə xərclər 230,4 mln. manat və ya 45% azalaraq 282,6 mln. manat, yanacaq və enerji xərcləri 1,0 mln. manat və ya 22,2% azalaraq 3,5 mln. manat, kənd təsərrüfatı, müşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərcləri 305,5 mln. manat və ya 37% azalaraq 517,4 mln. manat, iqtisadi fəaliyyətlə bağlı sair xərclər 102 mln. manat və ya 35% azalaraq 191,5 mln. manat, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər 632,9 mln. manat və ya 30,5% azalaraq 1,445 mlrd. manat olub.
Yalnız nəqliyyat və rabitə xərclərinə dəyişiklik edilməyib və bu sahə üzrə əvvəlki kimi101,8 mln. manat xərc proqnozlaşdırılır.
Qeyd edək ki, bu dəyişikliklərə baxmayaraq büdcənin ümumi gəlir və xərcləri dəyişməz qalıb. 2017-ci il dövlət büdcəsinin gəlirləri 15, 955 mlrd. manat, xərcləri 16,6 mlrd.manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 334 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 911 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində proqnozlaşdırılıb.
Xatırladaq ki,2016-cı ilin təsdiqlənmiş büdcəsində müdafiə xərclərinin proqnozu1 mlrd. 838 mln. manatdır. Bu vəsaitin 1,723 mlrd. manatı müdafiə qüvvələri, 108 mln. 895 min manatı milli təhlükəsizlik, 2 mln. 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 mln. 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşüb.
Daha sonra "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər eilib vəAzərbaycan 2016-cı ildə müdafiə xərclərini 391 mln. manat və ya 21,3% artırıb. Buna səbəb müdafiə qüvvələrinə xərclənəcək vəsaitin 391 mln. manat artırılması olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi