Azərbaycanda işsiz ordusu yarana bilər - Ekspertdən təhlükəli proqnoz

img

16-11-2016 [15:52]


Azərbaycanda hər gün orta hesabla 138 nəfər, hər ay isə 4134 nəfər iş yerini itirir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində ölkədə 37,2 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 76,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. 

Mia.az-ın məlumatına görə, bu fikirləri tanınmış iqtisadçı Qubad İbadoğlu səsləndirib.

Onun sözlərinə görə, bağlanan iş yerlərinin 63,9 faizi fərdi sahibkarlıq subyektlərinin, 17,0 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 19,1 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar olub:

"Bu isə o deməkdir ki, Azərbaycanda hər gün orta hesabla 138 nəfər, hər ay isə 4134 nəfər iş yerini itirir. Bu məlumatları təhlil edib, dəyərləndirərkən 3 məqama diqqət yetirmək lazımdır. 

Əvvala, iş yerlərinin bağlanmasını əks etdirən rəsmi məlumatlar mövcud gerçəkliyi tam və düzgün göstərə bilmir, çünki, bir çox müəssisələr və fərdi sahibkarlar bağlanmış iş yerlərinə dair hesabatlarını vaxtında təqdim etmirlər. 

İkincisi, işləyənlərin heç də hamısı rəsmi uçotda düşmədiyindən, gizli məşğulluq mövcud olduğundan qeydiyyatdan kənar çalışanların işinin bağlanması ilə bağlı məlumatlar Dövlət Statistika Komitəsinin hesabatında əks etdirilmir. 

Nəhayət, iş yerlərinin bağlaması dinamikası hər ay artımla müşahidə olunur və bu tendensiya mövsümi işlərlə əlaqədar olaraq payız-qış fəslində daha da güclənir. Bu halda gələcəkdə iş yerəlrini itirənlərin sayı daha da arta bilər. Odur ki, işinizdə diqqətli və məsuliyyətli olun, çalışın ki, onu itirməyəsiniz".

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA