Camaat "yastıq"da 33 milyard saxlayıb - Azərbaycanda!

img

15-11-2016 [19:57]


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,7% artaraq 36 mlrd. 635,8 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3 804,5 manat təşkil edərək ötən ilə nisbətən 7,5% artıb.

Bu dövr ərzində gəlirlərin 78,9%-i son istehlak xərclərinə, 9,1%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,4%-i isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 33,308 mlrd. manat olub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA