15-11-2016 [10:42]
"Son zamanlar Azərbaycan hökumətinin beynəlxalq maliyyə kredit təşkilatları ilə təmasları artıb. Mayın 23-24-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub, rəsmilərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirib. Sentyabr ayının 19-da Dövlət Neft Fondu tərəfindən AYİB-in idarə etdiyi Səhm İştirak Fonduna 100 milyon avro məbləğində sərmayə yatacağna darir məlumat yayılıb".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu deyib.
Q.İbadoğlunun sözlərinə görə, bir müddət əvvəl, daha dəqiqi, oktyabrın 6-7-də Azərbaycan Respublikasının maliyyə nazirinin rəhbərliyi altında Maliyyə Nazirliyi, Dövlət Neft Fondu və "Cənub Qaz Dəhlizi” QSC-nin nümayəndələrindən ibarət heyət ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun illik toplantısında iştirak edib, ikitərəfli və çoxtərəfli görüşlər keçirib, danışıqlar aparıb:
"Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janqın Azərbaycana gəlib, prezident Əlyevlə görüşüb. ADB rəsmisinin səfəri bu gün də davam edəcək. Mətbuta açıqlanan məlumat görə, səfər zamanı V.Janqın Azərbaycan hökumətinin rəsmiləri ilə görüşərək, Azərbaycan ilə ADB arasında əməkdalıq perspektivlərini müzakirə edəcək.
Qeyd edim ki, Asiya İnkişaf Bankı Azərbaycanda fəaliyyətə başladığı 1999-cu ildən ötən dövr ərzində ölkə iqtisadiyyatına 2,8 milyard dollar məbləğində sərmayə yatırıb.
Ötən ildən başlayaraq, ADB ilə Azərbaycan arasında kredit əməkdaşlığı ən yüksək zirvəyə çatıb, nəticədə son bir ildə Asiya İnkişaf Bankının Azərbaycanda sərmayələri 3 dəfə artıb.
Hesablamalar göstərir ki, kredit əməkdaşlığı bu sürətlə davam edərsə, Azərbaycan ADB-nin Çin və Hindistandan sonra ən böyük tərəfdaşı ola bilər. Belə ki, cari ilin yayında ADB Azərbaycanda elektrik enerjisi şəbəkəsinin daha da inkişaf etdirilməsi üçün 750 milyon ABŞ dolları məbləğində çoxtranşlı kredit proqramını təsdiqləyib, hazırda "Şahdəniz 2" layihəsi üçün nəzərdə tutulan 1,5 milyard dollarlıq kreditin ayrılır. Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın Azərbaycana hazırkı səfərinin əsas məqsədlərindən biri də "Cənub Qaz Dəhlizi” və "Şahdəniz” kimi mühüm layihələrə də dəstək istiqamətlərdə müzakirələr aparmaqdır".
İqtisadçının sözlərinə görə, bundan əlavə ADB tərəfindən büdcəyə dəstək proqramı çərçivəsində də vəsaitin ayrılması da gözlənilir.
Qubda İbadoğlu Azərbaycan höküməti ilə əməkdaşlığın belə sürətlə genişlənməsinə baxmayaraq, Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq Bakıya səfəri zamanı yalnız rəsmilərlə görüşməsindən də narazılığını ifadə edib:
"Onun yerli vətəndaş cəmiyyətinun nümayəndələri ilə görüşü planladırılmır. Hətta Asiya İnkişaf Bankının Bakı ofisinə yeni təyinat alan Nəriman Mannapbekov fəaliyyət göstərdiyi 6 ay ərzində 1 dəfə də olsun yerli QHT-lərlə və mətbuatla görüşüb, təmsil etdiyi Bankın Azərbaycanda genişlənən fəaliyyətindən məlumat belə verməyib.
Bağlı qapılar arxasında aparılan görüşlərdə isə yalnız rəsmi mətbuat iştirak edir. Əgər Asiya İnkişaf Bankının birtərəfli qaydada Azərbaycan hökuməti ilə "ticarət forumu" şəffafdırsa, onda nədən bu barədə vətəndaş cəmiyyəti institutları məlumatlandırılmır, yerli QHT-lərlə məsləhətləşmələr həyata keçirilmir?! Bəlkə bu forumun arxasında gizli məqamlar var?
Çox təəssüf ki, bu qədər sürətlə artan kredit əməkdaşlığına dair geniş məlumat yoxdur".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi