?Unibank? ?sosial məsuliyyət və sən? müsabiqəsinin baz sponsoru oldu

img

14-05-2010 [04:15]


?Unibank? ASC korporativ məsuliyyət proqramları çərçivəsində əlil və kimsəsiz uşaqlara qayğı ?Birliyə doğru? Ictimai Birliyinin ?Sosial məsuliyyət və Sən? ümummillli müsabiqəsinin baş sponsoru oldu. Bütün dünyada iyunun 1-də qeyd ediləcək Beynəlxalq uşaqları müdafiə günü ərəfəsində keçirilən bu müsabiqə, UNICEF-in və ?Hewlett-Packard?-ın (HP) iştirakı ilə təşkil edilir və cəmiyyətdə sosial məsuliyyət anlayışını düzgün istiqamətdə formalaşdırmaq və ictimai əhəmiyyətli layihələrin maliyyələşdirilməsində biznes strukturların fəallığının artırılması məqsədini güdür. Belə ki, 2010-cu ilin may ayının 26-a qədər, Azərbaycanın hər bir vətəndaşı, ictimai təsisatı və yaxud qeyri-hökumət təşkilatı müsabiqənin təşkilat komitəsinə, valideyn himayəsindən məhrum olan və əlil uşaqların problemlərinin həll edilməsini nəzərdə tutan, ən orijinal ideyalar və səmərəli layihələr təqdim edə bilər. Konkret olaraq, bu kateqoriyadan olan uşaqların sosial adaptasiyasına və onların sosial işə cəlb edilməsinə həsr edilən layihələrə üstünlük veriləcək. İdeyaların və layihələrin qiymətləndirilməsi arasında ictimaiyyətin, UNİCEF-in və ?Birliyə doğru? Ictimai Birliyinin nümayəndələri olan xüsusi münsiflər heyəti aparcaq. Onların rəyi və müvafiq olaraq ümummili müsabiqənin qalibləri iyun ayının 18-də elan olunacaq. Qaliblər ?Unibank? ASC-dən pul mükafatları və ?Hewlett-Packard? şirkətindən HP markalı noutbukları alacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA