Azərbaycanda nə bahalaşıb, nə ucuzlaşıb? - SİYAHI

img

14-11-2016 [14:43]


Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkədə qiymətlər 11,6% artıb. 

Dövlət Statistika Komitəsindənverilən məlumata görə, bu müddətdə ölkədə həm bahalaşan, həm də, nə qədər qəribə olsa da, ucuzlaşan mallar var. DSK oktyabrda qiyməti ən çox dəyişən məhsulların - ərzaq, qeyri-ərzaq və xidmətlər siyahısını təqdim edirik.

Oktyabrda bahalaşan ərzaqlar:

- düyü,
- un,
- makaron məmulatları,
- qarabaşaq,
- yulaf və arpa yarması,
- mal, qoyun və toyuq əti,
- balıq məhsulları,
- kolbasa məmulatları,
- süd məhsulları,
- yumurta,
- kərə və bitki yağları,
- şəkər və şəkər tozu,
- şokolad və konfetlər,
- qəhvə, çay və kakao,
- armud,
- üzüm,
- göyərti,
- pomidor,
- xiyar,
- kartof,
- kök,
- çuğundur,
- sarımsaq

Oktyabrda ucuzlaşan ərzaqlar

- Alma,
- limon,
- naringi,
- heyva,
- nar,
- xurma,
- soğan,
- kələm,
- balqabaq

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Oktyabrda bahalaşan qeyri-ərzaqlar:

- parçalar,
- geyim və ayaqqabılar,
- inşaat materialları,
- mebel və ev əşyaları,
- xalça və digər döşəmə örtükləri,
- ev üçün toxuculuq məmulatları,
- zərgərlik məmulatları,
- şüşə məmulatları,
- yemək qabları və əşyaları,
- məişət cihazları,
- telefon və fotoaparatlar,
- dəftərxana ləvazimatları
- minik avtomobilləri üçün ehtiyat hissələri.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Yəni ucuzlaşan qeyri-ərzaq yoxdur.

Oktyabrda bahalaşan xidmətlər:

- mənzillərin icarə haqları,
- paltarların təmizlənməsi,
- paltarların təmiri və kirayəsi,
- ayaqqabıların təmiri,
- məişət cihazlarının təmiri,
- mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri,
- avtomobillərin təmiri xidmətləri,
- stomatoloji xidmətlər.

Oktyabrda ucuzlaşan xidmətlər

-hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma.

Göründüyü kimi, oktyabrda yalnız bir xidmət ucuhlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib(fins.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA