Şahmar Mövsümov suveren fondlarda görüzlərdə iztirak edib

img

13-05-2010 [04:16]


2010-cu il mayın 6-8-də Avstraliyanın Sidney şəhərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edib. İclasda iyirmi iki Suveren Fondun yüksək səviyyəli rəsmiləri, həmçinin bir sıra ölkələrin və beynəlxalq qurumların nümayəndələri iştirak edib. İclas zamanı qısa müddət ərzində Santiaqo prinsiplərinin tətbiqi istiqamətində əsaslı irəliləyişlər, Suveren Fondların təmsil etdikləri və investiya etdikləri ölkələrdəki mühüm rolları, mövcud tənzimləmə mühiti və investisiya rejimlərinin bu kimi Fondların fəaliyyətinə təsiri kimi məsələlər müzakirə olunub. ARDNF-in icraçı direktoru Şahmar Mövsümovun sözlərinə əsasən, Forumun yaranmasından ötən qısa müddət ərzində qarşıya qoyulan hədəflərin həyata keçməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Forum artıq Suveren Fondlar arasında mövcud təcrübə və biliklərin bölüşdürülməsində, həmçinin investisiya qəbul edən ölkələrlə dialoqun asanlaşdırılmasında olduqca effektiv qeyri-rəsmi bir platformaya çevrilib. Forumun növbəti iclasının 2011-ci ilin aprelində Çin İnvestisiya Korporasiyasının təşkilatçılığı ilə Çinin Pekin şəhərində keçiriləcəyi elan edilib. Ş.Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti həmçinin 2010-cu il mayın 4-də Sinqapurda, həmin ölkənin Dövlət İnvestisiya Korporasiyasının qrup prezidenti Lim Sionq Quan və mayın 10-da Sidneydə Avstraliya Gələcək Fondunun sədri Devid Mörrey ilə görüşmüşdür. Görüşlərdə tərəflər təmsil etdikləri qurumların yaranma zərurəti, əsas məqsəd və vəzifələri, fəaliyyət göstərdikləri ölkələrin iqtisadiyyatlarındakı mühüm rolu, vəsaitlərin strateji bölüşdürülməsi və sair məsələlərə dair müzakirələr aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA