Trampın qələbəsinin dollara təsiri - Avro qalxır

img

09-11-2016 [13:24]


ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd Donald Trampın qalib gəlməsi dolların kəskin ucuzlaşmasına səbəb olub.

Mia.az AzVision.az-a istinadən xəbər verir ki, birjalarda avronun ABŞ dollarına nisbətdə məzənnəsi 2,2% yüksələrək 1,1270 ABŞ dollarına çatıb.

Dollar yapon yeninə qarşı 3%, İsveçrə frankına qarşı isə 2%-dən artıq ucuzlaşıb.

Trampın qələbəsi bazarlarda qeyri-sabitlik yaradıb. S&P 500 indeksi üçün fyuçerslər 4,3%-dən artıq düşüb. Fyuçersləri alan investorlar indeksin gələcəkdə dərəcələrinə investisiya qoyuluşu edir.

Bundan fərqli olaraq, Meksika pesosu, Kanada, Avstraliya və Yeni Zelandiya dolları ABŞ dolları ilə müqayisədə dəyərdən düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA