08-11-2016 [15:18]
Bu gün Mərkəzi Bank Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirib. Hərrac 1 ABŞ dolları üçün 1,6686 məzənnəsi ilə başlayıb və 1,6781 məzənnəsi ilə yekunlaşıb.
Mia.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli modern.az-a deyib ki, bu son deyil: "Milli valyuta ilə bağlı vəziyyət daha da gərginləşə bilər. Bu həm daxili, həm də xarici amillərlə bağlı məsələlərdir. Bizdə gedən proseslər əsasən valyuta çatışmazlığı ilə bağlıdır. Valyuta ehtiyatlarımız kifayət etmir ki, bütün tələbatı ödəyə bilək. Görünən odur ki, hərraclarda tələb və təklif arasında ciddi fərq yaranıb. Yəni həmişə tələb təklifi üstələyir. Məsələn, bu gün tələb təklifi 3 dəfə üstələyib. Bunun da səbəbi odur ki, ölkədə valyutaya ciddi tələbat var.
Hazırda ilin sonu ilə əlaqəli olaraq idxal mallarına tələbat artıb. İndidən həmin malların ölkəyə gətirilməsinə başlanılıb. Bu da dollara tələbatı artırıb. Bəzi vətəndaşlarımız yeni ili ən azı yaxın ölkələrdə keçirməyi düşünür və indidən hazırlıqlara başlayıb. Turist səfərləri artdıqca valyutaya tələbat da artıb. Həmişə olduğu kimi bu ilin sonunda da büdcə xərcləmələri yüksək olacaq. Bu da manatın bir hissəsinin valyutaya keçməsinə səbəb olacaq. Digər tərəfdən kommersiya banklarında olan bərbad vəziyyətlə bağlıdır. Bildiyiniz kimi bankların çox böyük xarici borcları var. İlin sonunda banklar borclarının bir hissəsinin ödəmək məcburiyyətində qalacaqlar”.
"FED uçot dərəcəsini qaldıracaq”
Ekspertin sözlərinə görə, Federal Ehtiyatlar Sistemi ( FED) dekabr ayında uçot dərəcələrini qaldıracaq: "Mili valyutaya təsir edən digər amil xarici təsirlərlə bağlıdır. Bu da birbaşa neftin qiymətlərinə əsaslanır. Neftin qiymətində son 1 həftədə təqribən 12 faiz enmə müşahidə olunur. Dolların dünyada bahalaşması gözlənilir. Proses astadan da olsa start götürüb. Dekabr ayının ortasında faiz artımının olacağı kəsinləşib. Çox böyük - 99 faiz ehtimalla bu baş verəcək. Bütün bunlar manata olan təzyiqləri artırır”.
1 dollar = 1, 95 manat...
N.Cəfərli manatın taleyi ilə bağlı proqnoz da verib: "Prosesin harada dayanacağı ilə bağlı proqnoz vermək çox çətindir. Ən qısa vədəli proqnozu ilin sonu üçün vermək mümkündür. İlin sonu, növbəti ilin əvvəlinə rəsmi məzənnə 1dollar 1.95 manat səviyyəsinə qədər bahalaşacaq. Amma sonradan nə baş verəcək, harada dayanacaq, bu, bir çox proseslərdən asılı olacaq. Bu həm ölkədaxili, həm də ölkəxarici amillərlə bağlıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi