07-11-2016 [11:39]
Bu ilin 3-cü rübünün bitməsindən 1 aydan çox ötür. Qanunvericiliyə əsasən, banklar saytlarında rübün maliyyə nəticələrini göstərən hesabatlarını dərc etməli idi. Lakin 32 bankdan yalnız 10-u hesabatını açıqlayıb. Açıqlayanlar da qanunvericiliyə zidd olaraq, açıqlama tarixini göstərməyib.
Bankların hesabatlılıq durumunu AzadlıqRadiosuna dəyərləndirən bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, bu il bağlanan banklar da hesabatlarını daim gizlədirdilər:
"Buna görə də, hesabatı gizlədən banka qətiyyən etibar etmək, orada pul saxlamaq olmaz. Düzdür, hesabatı açıqlayan banka da etimad şərtidir, çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) məlumatına görə, bəzi banklar hesabatları təhrif olunmuş şəkildə təqdim edir”.
"REKLAMA İNANMAYIN”
Ekspert bankların reklamına inanmamağı tövsiyə edir: «Ay nə bilim, «kapitalı artırdıq», «bunu etdik», «ona nail olduq» və s. Əgər bank hesabatını gizlədirsə, hamısı boş şeydir. Təəssüf ki, MBNP də indiyədək bankların hesabatlarının açıqlanmasına nail ola bilməyib. Belə adi bir şeyin öhdəsindən gələ bilməyən Palata digər problemləri necə həll edəcək?!».
Ə.Həsənov hesabatlar üzrə bir sıra meyarlara dayanaraq, bankları 4 qrupa ayırıb:
Hesabatı müntəzəm gizlədənlər və bununla da qanunvericiliyi pozan 21 bank: Accessbank, AGBank, Amrahbank, AtaBank, Bank VTB, Bank Respublika, Bank BTB, Dəmirbank, Expressbank, Günaybank, KapitalBank, Muğanbank, "Nikoil Bank», NBC Bank, Naxçıvanbank, PaşaBank, Pakistan Milli Bankının Bakı filialı, Rabitəbank və XalqBank.
Hesabatı ilk dəfə açıqlamayan bank Turanbankdır. Ötən rübün hesabatına görə, bu bankın 0.8 milyon manata yaxın zərəri var idi.
Hesabatı uzun fasilədən sonra açıqlayanlar "Bank of Baku” və "Unibank”dır.
Hesabatlarını dərc edən 8 bank isə bunlardır:
1. Azərbaycan Sənaye Bankı – 19 milyon manatdan çox xalis mənfəəti var (ötən rübdə 17 milyon manatdan çox idi).
2. Caspian Development Bank – 19 milyon manatdan çox xalis mənfəəti var (ötən rübdə 14 milyon manatdan çox idi).
3. YapiKrediBank – 14 milyon manatdan çox xalis mənfəəti var (ötən rübdə 13 milyon manatdan çox idi), amma sırf bu ildə 5 milyon manatdan çox zərərə məruz qalıb.
4. AFB Bank –13 milyon xalis mənfəəti var (ötən rübdə 8 milyon manatdan çox idi).
5. Ziraat Bank –9 milyon manatxalis mənfəəti var (ötən rübdə təxmini 7 milyon manat idi).
6. Bank Silk Way – 7 milyon manatdan çox xalis mənfəəti var (ötən rübdə 1 milyon manatdan çox idi).
7. Bank Avrasiya: 6 milyon manatdan çox xalis mənfəəti var (ötən rübdə 4 milyon manatdan çox idi). Bu bank hesabatları rüblük deyil, aylıq açıqlamağa başlayıb.
8. Bank Melli İran – Bakı filialı – 15 milyon manatdan çox zərəri var (ötən rübdə 0.5 milyon manat zərəri var idi), məcmu kapitalı barədə məlumatı açıqlamayıb. Görünən odur ki, məcmu kapital tələbini (50 milyon manat) də pozur.
LƏĞVETMƏ SƏBƏBLƏRİ İŞİNDƏ HESABATLAR DA VARMIŞ
Bankların maliyyə hesabatlılığı bu ilin avqustunda bank rəhbərlərinin MBNP sədri Rüfət Aslanlı ilə görüşündə geniş müzakirə olunub. Görüşdə banklara tapşırılıb ki, hər bir bank bütün göstəriciləri vaxtında və düzgün şəkildə Palataya təqdim etməlidir. Həmçinin, banklar saytlarında ardıcıl şəkildə, problemli kreditlər daxil bütün maliyyə hesabatlarını vaxtında açıqlamalıdırlar.
MBNP «Dekabank» ASC, «Kredobank» ASC, «Parabank» ASC və «Zaminbank» ASC-nin lisenziyalarının ləğvinin səbəblərindən biri kimi «təhrif edilmiş hesabat»ları göstərib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi