Problemli kreditlərin həcmi kəskin artdı - Mərkəzi Bank açıqladı

img

07-11-2016 [11:24]


Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 1 597,3 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib.

Mia.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,3% və yaxud 4,4 mln. manat çoxdur. Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,9%, illik müqayisədə isə 18% artıb.

Sentyabrın sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət avqustun sonunda da 9,5%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin sentyabr ayının sonunda isə 7,1% olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA