Şahmar Mövsümov isveçrə-Azərbaycan dostluq qrupunun üzvlərini qəbul edib

img

12-05-2010 [04:28]


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2010-cu il mayın 12-də Azərbaycanda səfərdə olan İsveçrə parlamentində fəaliyyət göstərən İsveçrə-Azərbaycan dostluq qrupunun üzvləri və bu ölkənin energetika sahəsində çalışan özəl şirkətlərin təmsilçilərindən ibarət nümayəndə heyətini qəbul edib. Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fond tərəfindən maliyyələşdirilən layihələr, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verib. Görüşün sonunda Ş.Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA