Səlim Müslümov: "Cari ilin sonuna orta pensiya məbləğində 12-13 faiz artım olacaq"

img

12-05-2010 [04:03]


Cari ilin əvvəli ilə müqayisədə hazırda ölkədə pensiyaçıların sayı azalıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məlumat verib. O bildirib ki, 1 yanvar 2010-cu il tarixində ölkədə pensiyaçıların sayı 1 308 472 nəfər idi. S.Müslümovun sözlərinə görə, 1 aprelə olan məlumata əsasən pensiyaçıların sayı 1 301 717 nəfərə düşüb. S.Müslümov qeyd edib ki, keçən ilin sonunda ümumi orta pensiya məbləği 100 manat idi. ?Ötən ilin sonunda nəzərdə tuturduq ki, bu il pensiya məbləği 105-110 manat arasında olacaq. Amma indiki yeni təyinatlıların böyük məbləğdə olması göstərdi ki, ümumi orta aylıq məbləğ daha yüksək olacaq və 110 manatı aşacaq. Ən sonuncu hesablamalarımıza görə, bu rəqəm 112-113 manat arasında olacaq. Hər halda orta pensiya məbləğində 12-13 faiz artım nəzərdə tutulur?-deyə Səlim Müslümov qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA