"Manata təzyiq davam edəcək" - Beynəlxalq maliyyə təşkilatından hesabat

img

03-11-2016 [21:01]


Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank Reconstruction and Development, EBRD) Azərbaycanda 2016-cı il üzrə resessiya ilə bağlı proqnozunu 3% səviyyəsində saxlayıb.

Bu barədə EBRD-nin regional iqtisadi icmalında deyilir.

EBRD Azərbaycanda 2017-ci ildə iqtisadi artımla bağlı proqnozunu 1% səviyyəsində qoruyub. Qeyd edək ki, may ayından etibarən proqnoz bu səviyyədə olub.

"Yanvar-sentyabr aylarında Azərbaycanın ÜDM-i ötən ilin analoji dövrü ilə müqayisədə 3,9% azalıb. Qeyd edilən dövrdə neft sektoru üzrə ÜDM 6,1% azalıb. Ötən illərdə iqtisadi artımın əsas drayveri olan sahələrə investisiyaların həcmində də azalma müşahidə olunub.

Milli valyutaya inamın artırılması cəhdlərinə baxmayaraq, hesabat dövründə manata təzyiqlər davam edib.  İnflyasiya 2015-ci ildəki 4% səviyyəsindən 11,2%-dək artıb ki, buna manatın ucuzlaşması səbəb olub", - deyə, sənəddə qeyd edilir.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA