Dollarla bağlı daha bir təhlükə - FED dekabrda faizləri artıracaq

img

03-11-2016 [20:07]


ABŞ Federal Ehtiyat Sisteminin (FES) noyabrın 2-də keçirdiyi iclasdan sonra ictimaiyyətə açıqlamaları dekabrda qurumun növbəti iclasında uçot dərəcələrinin artma ehtimallarını 68%-dən 78%-ə yüksəldib.

Maliyyə bazarlarının gözlədiyi kimi, dünənki iclasda faizləri artırmayaraq 0,25-0,50 diapazonunda saxlayan FES faizlərin artırılması üçün arqumentlərin getdikcə artdığını bildirib. Belə ki, ilin əvvəlindən inflyasiya bir qədər artaraq 2% hədəfinə yaxınlaşıb, yeni iş yerlərinin sayı kifayət qədər artıb.

Xatırladaq ki, dünənki iclasda uçot dərəclərinin artırılmamasını analitiklər noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əsaslandırıblar. Onlara görə, dünənki iclasda hər hansi dəyişiklik siyasi nəticələr doğura bilərdi.

"Report"un analitik qrupu ABŞ prezident seçkilərinin nəticələrinin FES-in uçot dərəcələrin artırması prosesindən daha önəmli olduğunu bildirir. Belə ki, namizədlər kifayət qədər radikal iqtisadi dəyişikliklərin anonsunu veriblər. Lakin bir şey aydındır ki, namizədlərdən ikisi də uçot dərəcələrinin artırılmasının tərəfdarıdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA