"Moody’s"dən Beynəlxalq Bankla bağlı - Açıqlama

img

03-11-2016 [10:21]


"Moody’s" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) törəmə bankı olan "Azərbaycan Beynəlxalq Bankı - Moskva"nın yerli və xarici valyutada  uzunmüddətli depozit reytinqini "В3" səviyyəsindən "В2" səviyyəsinə qədər artırıb.
 
ABB-dən "APA-Economics"ə verilən məlumata görə, bankın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) "b3" pilləsindən "b2" pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də indi "B-2" deyil, daha yüksək olan "B-1" səviyyəsində dəyərləndirilib.
 
Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib.
 
2016-cı ilin II rübündə "ABB-Moskva"nın nizamnamə kapitalının 2 milyard rubla qədər artırıldığı, beləliklə, bankın kapitalının 70% genişləndiyi qeyd edilir. Agentliyin rəyinə əsasən, 1 sentyabr 2016-cı il tarixə "Bazel III" normativləri üzrə "ABB-Moskva"nın məcmu kapitalının adekvatlığı (Н1.0) və 1-ci dərəcəli kapitalın nisbəti (Н1.2) 22,4% və müvafiq olaraq 8,3%  artıb ki, bu da Rusiya Federasiyası Mərkəzi Bankının tələblərindən yüksəkdir.
 
"Moody’s" ekspertləri ümid edir ki, ABB-nin kapital artımı və aktivlərinin sağlamlaşdırılması yaxın 12-18 ayda da davam etdiriləcək. Problemli kreditlərinin azalmasına, mənfəətliyinin bərpasına, eləcə də ABB-nin depozit reytinqinin yüksəlməsinə müvafiq olaraq "ABB-Moskva"nın reytinqi daha da yüksələ bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA