FES sabah dollarla bağlı hansı qərarı verəcək? - Proqnoz

img

01-11-2016 [20:56]


ABŞ Federal Ehtiyat Sisteminin (FES) noyabrın 1-2-də keçirəcəyi növbəti iclasında uçot dərəcələrini sabit saxlaması gözlənilir. 

"Vestifinance" saytı xəbər verir ki, FES-in iki günlük iclasda ABŞ iqtisadiyyatının sürətlənməsi fonunda dekabrda keçiriləcək növbəti iclasda uçot dərəcələrini artırmaq barədə siqnallar verməsi gözlənilir.

Belə ki, sentyabr iclasından etibarən ABŞ-da işsizlik müraciətləri azalır, inflyasiya artır, iqtisadi artım isə III rübdə gözləntilərdən daha da sürətli inkişaf göstərib. Bazar iştirakçıları FES-in uçot dərəcəsini artırmağa tam yaxın olduğunu, amma noyabrın 8-də keçiriləcək prezident seçkiləri öncəsində buna ehtiyac olmayacağını düşünürlər. 

FES-in keçmiş əməkdaşı hazırda "JPMorgan " bankının iqtisadçısı olan Maykl Feroli (Michael Feroli) bildirib ki, hər kəs gərgin keçən ABŞ prezident seçkiləri ərəfəsində FES-in uçot dərəcələrini artırması siyasi cəhətdən təhlükəli olduğunu başa düşür.

Xatırladaq ki, uçot dərəcələri ilə bağlı FES-in qərarı sabah saat 22:00-da açıqlanacaq. Bu iclasda FES rəhbəri Janet Yellenin mətbuat konfransı keçirməyəcəyi bildirilib. 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA