Mərkəzi Bank uzun fasilədən sonra not buraxılışına başladı

img

01-11-2016 [10:47]


Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankınqısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Mia.az xəbər verir ki, birjadan fins.az-a verilən məlumata görə, hərrac zamanı BFB-nin ticarət reqlamentinə uyğun olaraq sifarişlər saat 11:00-dan 12:30-dək toplanacaq.

Notların buraxılış parametrləri aşağıdakılardır:

Mərkəzi Bankın qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

Hərrac zamanınotların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA