Avronun məzənnəsinin zəifləməsi fonunda manatın möhkəmlənməsi iz adamlarının ixrac imkanlarını məhdudlazdırır

img

11-05-2010 [03:33]


Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi 1,2 qəpik ucuzlaşıb və son 14 ayda ən aşağı səviyyəyə düşüb. Dollar isə hələki sabitlik nümayiş etdirir. Mərkəzi Bankın məlumatına görə, mayın 7-də Avropa valyutasının manata nisbətən rəsmi məzənnəsi 1,0208 manat müəyyən edilib. Bu, 11 mart 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 avro 1,0184 manata bərabər olub. Valyuta bazarında yaranmış vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Vuqar Bayramov qeyd edir ki, avronun məzənnəsinin dollara nisbətən aşağı düşməsi bu valyutanın məzənnəsinin manata nisbətən də aşağı düşməsinə gətirib çıxarıb: ?Nəzərə alsaq ki, Azərbaycanda manatın birbaşa kursu yalnız dollarla müəyyənləşir o baxımdan avronun məzənnəsinin dollara nisbətən dəyişməsi praktiki avronun məzənnəsinin manata nisbətən də düşməsinə gətirib çıxarıb. Avronun məzənnəsinin manata nisbətən aşağı düşməsi manatdan asılı olmayan səbəb olsa da belə manatın mökəmlənməsinə gətirib çıxarıb?. Ekspert bildirir ki, son vaxtlar manatın məzənnəsi dollara nisbətən dəyişmir amma avroya nisbətən möhkəmlənir: ?O baxımdan avronun məzənnəsinin aşağı düşməsi, manatın möhklənməsi xüsusən Avropaya ixracla məşğul olan iş adamları üçün müəyyən problemlər yaradıb?. V.Bayramov ixracın 65 faizinin Avropa Birliyi ölkələrinin payına düşdüyünü deyir. Baxmayaraq ki, həmin ixracın böyük əksəriyyəti neft və neft məhsullarıdır.Amma müəyyən sənaye və kənd təsərrüfatı, ərzaq məhsulları ixrac olunur. Manatın avroya nisbətən məzənnəsinin möhkiəmlənməsi həmin ixracatçıların ixrac imnkanlarını məhdudlaşdılrır.Azərbaycanlı iş adamlarının Avropa bazarlarında rəqabət aparmaq imkanları məhdudlaşıb?. V.Bayramovun sözlərinə görə, qeyri-neft sektorunda çalışan və avropaya mal ixrac edən iş adamlarının ixrac imkanları məhdudlaşıb: ?Avronun məzənnəsinin manata nisbətən zəifləməsi avro zonadan Azərbaycana gətirilən məhsulların həəcminin artmasına gətirib çıxara bilər.Praktiki bu Azərbaycanının idxalçı ölkəyə çevrilməsi təhlükəsini daha da artırır. Çünki, manatın dollara nisbətən məzənnəsi dəyişmir, bununla belə manatın avroya nisbətən məzənnəsi möhkəmlənir.Belə halda manat kifayət qədər möhkəm olduğu üçün avropalı iş adamları üçün Azərbaycana idxal kifayət qədər sərfəli olur?. Mütəxəssis avrozona və kənardan gətirilən məhsulların istehlak bazarında yerli məhsullarla rəqabət aparmaq imkanına malik olduğunu diqqətə çatdırır: ?Yerli məhsulların maya dəyəri manatla hesablanır. Və yerli məhsulların maya dəyəri kifayət qədər yüksəkdir. Manatın məzənnəsinin möhkəmlənməsi ilə artıq Azərbaycana gətirilən ərzaq və digər məhsulların yerli məhsulları bazardan sıxışdırıb çıxarmaq imkanları artır?. Məlum olur ki,avronun məzənnəsinin zəifləməsi fonunda manatın möhkəmlənməsi həm iş adamlarının ixrac imkanlarını məhdudlaşdırır, həm də Azərbaycanın idxalçı ölkəyə çevrilmə təhlükəsini artırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA