26-10-2016 [15:47]
Azərbaycanda mövcud monetar vəziyyət pul-kredit siyasətinin daha da sərtləşdiriləcəyini proqnoz edir. Bəs, pul-kredit siyasətinin sərtləşdirilməsi özündə hansı tədbirləri ehtiva edir.
Mia.az Fins.az-a istinadən xəbər verir ki, maliyyə eksperti Ramin Rəhimov bu tədbirlərin ardıcıllığını təqdim edib:
1. Uçot dərəcəsinin artırılması – İlk təsiredici tədbirlərdən biri məhz uçot dərəcəsidir. 2015-ci ilin dekabr devalvasiyasından sonra Azərbaycanda uçot dərəcəsi 3,5%-dən tədricən yüksəlməyə başladı və bu tendensiya 9%-ə qədər davam etdi. Bu il sentyabr ayının 14-dən Azərbaycanda uçot dərəcəsi birdən-birə 6 faiz yüksələrək 15%-ə qalxdı. Ekspert hesab edir ki, bu maksimum həddlərdən biridir və Mərkəzi Bankın yenidən uçot dərəcəsini artırması gözlənilən deyil.
2. Məcburi ehtiyat normasının artırılması - yəni bankların cəlb etdiyi depozit portfelinin müəyyən bir hissəsinin Mərkəzi Bankda saxlanılması nəzərdə tutulur. Hazırda milli və xarici valyutanın həcminə görə bu norma 0,5-1 faizdir. Yəni, banklar 10 milyon manat depozit cəlb ediblərsə, məcburi ehtiyyat norması 1 faizdirsə, onda həmin vəsaitin 100 mini Mərkəzi Bankda ehtiyyatda saxlanılmalıdır. Başqa sözlə desək, bank həmin vəsaitdən istifadə edə bilməz. Bu həm də o deməkdir ki, banklarda olan hər 10 milyonun 100 mini dövriyyədən kənarlaşdırılır. Hazırki vəziyyətdə məcburi ehtiyyat normasının qaldırılması mümkün variantlardan biri ola bilər.
3. Açıq bazar əməliyyatları vasitəsilə dövlət qiymətili kağızlarının, eləcə də Mərkəzi Bankın öz maliyyə alətlərinin bazara çıxarılması. Buna SOCAR-ın qiymətli kağızları, Maliyyə Nazirliyinin dövlət istiqrazları və səhm bazarının aktivləşməsi misal ola bilər.
4. Depozit hərraclarının keçirilməsi – Mərkəzi Bank həftədə bir dəfə olamaqla depozit hərracları keçirir. Hərraclar istənilən nəticəni tam verməsə də banklarda olan manat likvidliyinin cəlb edilməsi üçün məqbul vasitələrdən biridir. Həmçinin manatla maliyyə alətləri olmadığından da qismən gəlirlidir. Son depozit hərracında 50 milyon manat gözləntisinə baxmayaraq banklardan 24,0 mln. manat cəlb olundu və orta ölçülmüş faiz dərəcəsi isə 14,37%-ə qədər düşdü.
5. Kredit maksimumu alətinin tətbiqi – bankların həyata keçirdiyi kredit əməliyyatlarında kredit limitlərinin müəyyənləşdirilməsi deməkdir. Yəni, bankların cəlb etdikləri depozitlərin və vəsaitlərin hansı faiz nisbətində kreditləşməyə yönəltmələrinə müəyyən limitlər qoyula bilər.
6. Faiz nəzarəti – faiz dərəcəsinin müəyyənləşdirilməsi deməkdir. Depozit və kreditləşmədə maksimum faiz dərəcələri müəyyən olunub. Qorunan depozitlər üzrə faiz dəhlizi hazırda 15 faizdir. Faiz nəzarəti depozit əlaqələrini genişləndirməklə yanaşı, həm də kredit əməliyyatlarını məhdudlaşdırmaq məqsədilə istifadə oluna bilər. Bu halda kreditləşmə üzrə maksimum dərəcə müəyyənləşəcək. Hazırki vəziyyətdə bu alətin yalnız istehlak kreditlərinə şamil olunması ağlabatan görünə bilər.
Bu addımlar ilk növbədə dövriyyədən manat kütləsinin yığışdırılması və nəticədə manatın dəyərsizləşməsinin qarşısını almaq məqsədi daşıyır. Artıq bir neçə alətin paralel olaraq istifadə edildiyini görürük. Qiymətli kağızlar bazarındakı aktivlik, depozit əməliyyatlarının həyata keçirilməsindəki intensivlik və kredit üzrə uçot dərəcəsinin qaldırılması sırf sərtləşdirmə alətləri idi. Eyni zamanda manat aləti olaraq Mərkəzi Bankın notlarının yenidən aktivləşməsini də gözləmək olar. Qeyd edək ki, sabitlik dövrünün maliyyə aləti kimi yadda qalan notlar üzrə gəlirlilik səviyyəsi aşağı olduğundan onlara maraq yüksək deyildi. Əlverişli faiz siyasəti tətbiq etməklə notların satışına da marağı artırmaq mümkündür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi