26-10-2016 [11:44]
"Neftin dünya bazar qiymətinin necə dəyişəcəyi qlobal gündəmi zəbt etməkdədir. Qlobal tələb-təklif ilə bağlı statistika tarazlıqdan xəbər versə də bazarda dayanıqlılığın formalaşdığından danışmaq hələlik tezdir".
Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov irəli sürüb. O bildirib ki, neftə olan gündəlik tələb bu ilin üçüncü rübündə 96,99 milyon barelə çatıb: "Bu rəqəm ikinçi rübdə 95,62, birinci rübdə isə 95,36 milyon barel olub. Göründüyü kimi, neftə olan qlobal tələb artmaqdadır. Beynəlxalq Enerji Akademiyası dördüncü rüb üçün 97.03 milyon barel gündəlik tələb proqnozlaşdırır. Bu son illərin ən yüksək tələb proqnozudur. Dünya bazarında neft təklifi isə azalmaqdadır. Belə ki, 2015-ci ilin sonuncu rübündə bazara gündəlik 97.37 milyon barel neft çıxaran enerji ölkələri ixracı bu ilin birinci rübündə 96.61, ikinci rübdə isə 95.93 milyon barelədək azalıblar. Əgər 2016-cı ilin birinci yarım ilinin nəticələrini müqayisə etsək o zaman tələb və təklif təxminən bərabərləşib. Əslində, neft dünya bazar qiymətindəki mövsümi stabillik də məhz bazardakı mövcud tarazlıq ilə bağlıdır.
OPEK-in gələn ayın sonuna nəzərdə tutulan toplantısı qiymətlərə təsir göstərəcəkmi? Əvvəlla, qiymətin yaxın zamanlarda kəskin artacağına inanmaq və ya proqnozlaşdırmaq sadəlövhlük olardı. Hələlik, dünya bazarında neftin qiymətini kəskin artıra biləcək iqtisadi faktorlar yoxdur. İkincisi, nə OPEK daxilində, nə də bu qurumdan kənarda neftin hasilatının azaldılması ilə bağlı konsesus yoxdur. Qlobal istehsalın təxminən 40 faizini təmin edən OPEK ən yaxşı halda hasilatı gündəlik 33 milyon barel səviyyəsində dondura bilər ki, bu da hasilatın azaldılması deyil, məhdudlaşdırılmasıdır. Deməli, ən yaxşı halda gündəlik hasilatda 500 min- 1 milyon barel azalma demək olacaq. Üçüncüsü, OPEK-də ikinci ən böyük istehsala malik ola İraq da daxil olmaqla bazarda bir sıra digər oyunçular hasilatı azaltmaqla neft gəlirlərini minimumlaşdırmaq niyyətində deyillər. Gündəlik 4.8 milyon barel hasilata malik olan İraq istehsalı azaltmayacağını rəsmi bəyan edib. Bu arada, neftin qiymətindəki son azalmalarının əsas səbəbi də bu bəyanatdır. İraq əsas dövlət gəlirini azaldacaq addımlar atmaqda maraqlı deyil. Əksinə, İraqda İŞİD-ə qarşı mübarizə güclənərsə rəsmi Bağdad dünya bazarına daha çox neft göndərə biləcək. İran sanksiyalardan əvvəlki gündəlik 4 milyon barel hasilat səviyyəsinə qayıtmaqda israrlıdır. Bu isə cənub qonşumuzun gündəlik hasilatı daha 500 min barel artıracağı anlamına gəlir. Deməli, yüksək qiymətlərə ümid etməyən bir sıra OPEK ölkələri hasilatı azaltmaqla mövcud gəlirlik səviyyələrini aşağı salmaqda maraqlı deyillər. Nəhayət, OPEK-in ən çox ehtiyatlandığı şist neft (shale oil) faktoru gündəmdədir. Neftin barelinin 60 dollara çatması şist neft hasilatını daha da rentabelli edə bilər ki, bu halda ABŞ və Kanada yenidən bazara daha çox "qara qızıl” göndərəcəklər. Bu isə qiymətərin daha kəskin azalmasına səbəb ola bilər.
Əslində, bir barel nefti 5 dollara hasil edilib 50 dollara satan OPEK ölkələri mövcud qiymətdən razı olmalıdırlar. Çünki, dünya bazarında xərcindən 10 dəfə baha qiymətə satılan əmtəələrin sayı heç də çox deyil. Bütövlükdə, orta hesabla xərci 20 dollara olan və bundan 2.5 dəfə baha qiymətə nefti satan digər enerji dövlətlərini də mövcud qiymət praktik olaraq razı salmalıdır. Sadəcə, əksər neft ölkələrinin iqtisadiyyatları yüksək neft qiymətlərinə, yumşaq desək, öyrəşdikləri üçün mövcud qiymətlər onların üçün cəlbedici və sərfəli görsənmir. Gələn ay OPEK-in hansı qrəar qəbul etməsindən asılı olmayaraq, enerji ölkələrinin neft gəlirlərinə baxış strategiyasının dəyişdiriıməsi vacibdir. Artıq sözün real mənasında post-neft dövrü başlayır. Post-neft isə neftdən sonrakı dövr deməkdir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi