Azərbaycanda iki zavod bağlanır, 3 xarici şirkət ölkəni tərk edir - Hökumət qərarı

img

26-10-2016 [10:24]


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.09.2016-cı il tarixli 353 saylı qərarına və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 07.10.2016-cı 06Ü saylı əmrinə əsasən, Üzən Nasos Stansiyalarının Hazırlanması və Təmiri Zavodu Meliorasiya - Mexaniki Təmir Zavoduna qoşularaq ləğv olunduğunu elan edir.

Mia.az xəbər verir ki, kreditorlar tələblərini Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ünvanına bildirə bilərlər.

Bundan əlavə, Böyük Britaniyanın "İvor Promotions LLP" və "Arcotrans LLP" şirkətləri Azərbaycandakı nümayəndəliklərinin ləğv olunduğunu elan edib. Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, hər iki şirkətin kreditorları tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,44 ünvanına ("Caspian Plaza" Biznes Mərkəzi) bildirə bilərlər. 

Bundan başqa, İrlandiyanın "Accenture Ltd." şirkəti də Azərbaycan bazarını tərk etməyə qərar verib. Şirkətin kreditorlarının tələblərinə 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28-30 ünvanında baxılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA