25-10-2016 [10:40]
"Evrostroy” şirkətinin Milli Elmlər Akademiyasının əməkdaşları üçün inşa etdiyi binanın bir hissəsi yağış sularının qurbanı olub.
Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Yeni Yasamal Əsəd Əhmədov küçəsindəki tikilidə qeydə alınıb. Sakinlərin dediklərinə görə, bina 2014-cü ildə təhvil verilməli olduğu halda, hələ də onlar evlərinə köçə bilmirlər.Bir neçə gün əvvəl yağan güclü yağışlar zamanı binanın dam örtüyü vurulmadığından yuxarı mərtəbələrdə təmir olunan evlərə ciddi ziyan dəyib. Sakinlər bildiriblər ki, şirkət təmirə başlamaq üçün vətəndaşlarla təmir müqaviləsi də bağlayıb. Onları isə bir sual maraqlandırır.Sakinlərlə təmir müqaviləsi bağlanıb təmirə icazə verilirsə, nə üçün binanın dam örtüyü vurulmur?

Sakinlərin bu sualını "Evrostroy” rəsmilərinə ünvanlamaq üçün şirkətlə əlaqə saxladıq. Telefona cavab verən xanım bildirdi ki, rəhbərlik hazırda ofisdə deyil:”Bu cür sualları cavablandırmırıq. Sakinlərə nə lazımdırsa deyilib. Kiminsə sözü varsa, gəlsin rəhbərliklə görüşsün, həll etsin. Mətbuata əlavə açıqlama vermirik”.
İnşa olunan binadakı vəziyyətlə tanış olmaq üçün etdiyimiz müşahidələrə əsasən tikilinin birinci mərtəbəsində artıq, iaşə obyektlərinin fəaliyyətə başladığının şahidi olduq."Evrostroy” şirkətinin saytında isə qeyd olunur:

"Bu ilin (hansı ildən söhbət getdiyi məlum deyil-red.) aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edən Prezident Cənab İlham Əliyev alimləri narahat edən məsələlərdən biri – onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasının vacibliyini xüsusi qeyd etmişdir. Bundan sonra, şirkətimizin kollektivi Elmlər Akademiyasının işçiləri üçün inşa edilməsi hələ 1988-ci ildə nəzərdə tutulmuş yaşayış binasını tikərək mənzilləri bazar qiymətləri ilə deyil, maya dəyərinə verilməsi təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüs ölkə rəhbərliyi tərəfindən təqdir edilmişdir və hazırda Yeni Yasamal yaşayış massivində şirkət dövlətimizin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının işçiləri üçün 15 mərtəbəli üç girişli yaşayış binasının inşasına başlayıb. Həmin binada hətta 40 ilə yaxın ev növbəsində olan elm adamlarının, akademik, professorların bütün müasir tələblərə cavab verən mənzillərlə təmin ediləcəyi çox önəmlidir.
TİKİNTİSİ YARIMÇIQ QALAN BİNA....

Bu layihənin həyata keçirilməsi Prezident İlham Əliyevin ziyalılara, alimlərə olan xüsusi diqqət və qayğı ilə yanaşmasının bariz nümunəsidir. Binanın tikintisində Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin yaxından kömək edərək dəyərli məsləhət və tövsiyyələrin verilməsi, Vergilər Nazirliyinin bu layihəni əlavə dəyər vergisindən azad etməsi, aparılan işlərə böyük dəstək olmuşdur.”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi